Bank Of Baku

Məhkəmə Rusiya ordusunu nüfuzdan salmaq ittihamı ilə ilk həbs qərarı verib

Məhkəmə Rusiya ordusunu nüfuzdan salmaq ittihamı ilə ilk həbs qərarı verib
# 22 mart 2022 16:07 (UTC +04:00)

Moskva məhkəməsi ilk dəfə olaraq Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaq məqsədi ilə qəsdən yalan məlumatların yayılması ilə bağlı cinayət işi üzrə ittiham olunan şəxsi həbs edib. APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə həmin şəxsin vəkili Daniil Berman yerli KİV-ə açıqlamasında bildirib.

“Moskvanın Presnenski məhkəməsi Sergey Klokovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsinin a”, “b”, “d” bəndlərinə əsasən həbs edib. Mən artıq qərardan apellyasiya şikayəti vermişəm, təfərrüatları bölüşə bilmərəm”, deyə o vurğulayıb.

Berman əlavə edib ki, Moskvada bu maddə ilə bu ilk və yeganə həbsdir.

Presnenski Rayon Məhkəməsində bildirilib ki, həbs olunan Klokov Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin mərkəzi aparatının ehtiyat idarəetmə mərkəzinin texniki işçisidir: "İşin materialları istintaq orqanındadır, onu Moskva üzrə Dövlət İstintaq Komitəsi araşdırır, onun barəsində mayın 16-dək həbs qətimkan tədbiri seçilib".

Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinə 207.3-cü (Rusiya Federasiyası Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı qəsdən yalan məlumatın yayılması) Ukraynada xüsusi əməliyyat başlayandan az sonra - martın 4-də daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR