Bank Of Baku

Məhkəmə Yevgeniya Qutsulu həbsdə saxlayıb

Yevgeniya Qutsul

© APA | Yevgeniya Qutsul

# 02 aprel 2025 18:23 (UTC +04:00)

Moldovanın Apellyasiya Məhkəməsi Qaqauziyanın başqanı Yevgeniya Qutsulun həbsdən azad olunması barədə vəsatəti rədd edib.

APA “tvrmoldova”ya istinadən xəbər verir ki, qərar 2023-cü ilin seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi üzrə açılan cinayət işinin istintaqı çərçivəsində verilib.

Qeyd edək ki, Yevgeniya Qutsul martın 25-də Moldova ərazisini tərk etmək istəyərkən saxlanılıb.

Moldova məhkəməsi Yevgeniya Qutsulu 20 sutka müddətinə həbs edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR