Sovet və Rusiya psixoterapevti Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Bu barədə TASS məlumat yayıb.
Anatoli Kaşpirovskinin bu gün səhər xəstəxanada vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Anatoli Kaşpirovski 1939-cu ildə Ukraynada anadan olub və uzun illər psixoterapevt kimi fəaliyyət göstərib. Kaşpirovski xüsusilə 1980-ci illərin sonlarında televiziya vasitəsilə keçirdiyi psixoterapiya seansları ilə geniş şöhrət qazanıb. Onun televiziya çıxışlarını milyonlarla insan izləyib.