Microsoft Rusiyada lisenziyaların uzadılmasını dayandırıb

Microsoft Rusiyada lisenziyaların uzadılmasını dayandırıb
# 02 oktyabr 2023 02:51 (UTC +04:00)

Microsoft Rusiya şirkətləri üçün lisenziyaların uzadılmasını dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə DTF nəşri məlumat yayıb.

“Microsoft” bildirib ki, lisenziyalar Qərbin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalar rejiminə uyğun gəldiyi üçün yenilənməyəcək. Şirkətin bütün məhsul və xidmətlərinin ölkədə satışı dayandırılıb.

Xatırladaq ki, avqustun əvvəlində Microsoft Rusiya şirkətlərinə sentyabrın 30-dan etibarən Windows əməliyyat sistemləri üçün lisenziyaların yenilənməsini dayandıracağını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR