Bank Of Baku

Minə yaxın Rusiya və MDB vətəndaşı Yaxın Şərqdən təxliyə üçün müraciət edib

Minə yaxın Rusiya və MDB vətəndaşı Yaxın Şərqdən təxliyə üçün müraciət edib
# 20 oktyabr 2023 13:39 (UTC +04:00)

Minə yaxın Rusiya Federasiyası və MDB vətəndaşı Yaxın Şərqdəki münaqişə zonasından təxliyə üçün müraciət edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktorunun müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirilib.

Onun sözlərinə görə, Rusiya İsrail və Fələstin arasında münaqişənin kəskinləşdiyi zonadan Rusiya vətəndaşlarının təxliyəsi üçün tərəfdaşlarla işləyir, minə yaxın insan müraciət edib.

“Biz kömək istəyən həmvətənlərimizin təxliyəsi üçün tərəfdaşlarla fəal işləyirik. Bu günə qədər MDB ölkələrinin vətəndaşları və onların ailə üzvləri də daxil olmaqla, minə yaxın insan müvafiq ərizə ilə müraciət edib", - Rusiya XİN rəsmisi vurğulayıb.

Zaytsev qeyd edib ki, Rusiya tərəfi Qəzzaya humanitar yardımın çatdırılması, insanların təxliyəsi üçün zəruri olan humanitar dəhlizlərin açılması məsələsində əsas regional oyunçularla sıx təmasdadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR