Bank Of Baku

Miqrantların Rusiyada törətdiyi cinayətlərin sayı artıb

Miqrantların Rusiyada törətdiyi cinayətlərin sayı artıb
# 17 fevral 2022 15:53 (UTC +04:00)

2021-ci ildə Rusiyada işləmək üçün miqrantlara verilən patentlərin sayı 2019-cu ilin səviyyəsini ötüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev prezidentin iştirakı ilə keçirilən geniş kollegiyasında bildirib.

"Hava əlaqəsinin bərpası və Rusiya Federasiyasına giriş qadağalarının qismən götürülməsi xarici işçi qüvvəsinin axınını gücləndirib. Verilmiş patentlərin sayı pandemiyaya qədərki, 2019-cu ildən əvvəlki səviyyəni ötüb", - Rusiya DİN rəhbəri vurğulayıb.

Kolokoltsev onu da bildirib ki, əcnəbilər, o cümlədən miqrantlar 2021-ci ildə 2020-ci ilə nisbətən daha çox cinayət törədiblər: "Xarici vətəndaşlar tərəfindən törədilən cinayətlərin sayı, təxminən 6 faiz artıb. Qrup şəklində asayiş pozuntuları qeydə alınıb, onların iştirakçıları məsuliyyətə cəlb edilib, ölkədən qovulma və deportasiya şəklində tədbirlər görülüb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR