Bank Of Baku

Mirzoyan Baş katiblə KTMT-nin fəaliyyətini və regiondakı vəziyyəti müzakirə edib

Mirzoyan Baş katiblə KTMT-nin fəaliyyətini və regiondakı vəziyyəti müzakirə edib
# 21 dekabr 2023 19:33 (UTC +04:00)

Dekabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.

APA xəbər verir ki, tərəflər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

KTMT-nin Baş katibi KTMT-nin noyabr ayında Minskdə keçirilmiş iclaslarının nəticələri barədə Mirzoyana məlumat verib.

Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov bölgədəki vəziyyət, nəqliyyat və qarşılıqlı iqtisadi əlaqənin inkişafına yönəlmiş layihələr, o cümlədən "sülhün kəsişməsi" konsepsiyası barədə fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR