Ermənistan Rusiya və Qərbdəki danışıq platformaları arasında heç bir fərq görmür.
APA xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə birgə brifinqdə bildirib.
“Yalnız bir sülh prosesi mövcuddur və eyni sülh müqaviləsi layihəsi ətrafında danışıqlar aparılır. Rəsmi İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə vasitəçi olmağa çalışan bütün ölkələrə minnətdardır”, - Mirzoyan qeyd edib.
Nazir vurğulayıb ki, Ermənistan tərəfi üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılmasının fərqi yoxdur.