Bank Of Baku

Misir son 10 ildə 30 000  tarixi eksponatı ölkəyə qaytarıb

Misir son 10 ildə 30 000  tarixi eksponatı ölkəyə qaytarıb
# 12 dekabr 2021 04:58 (UTC +04:00)

Misir son 10 ildə ölkədən qanunsuz şəkildə çıxarılan 30 000-dək tarixi eksponatı geri qaytarmağa nail olub.

APA-nın xəbərinə görə, bunu “Al-Hayat” televiziyasına Turizm və Qədim Dövr nazirliyinin şöbə müdiri Şaban Abdel Qaudad bildirib.

Qaudadın sözlərinə görə, nazirliyin əməkdaşları bütün yerli və xarici hərracları yaxından izləyirlər. Buna görə də 2011-ci ildən indiyədək 29 300 eksponatı vətənə qaytarmaq mümkün olub. Təkcə bu il Vaşinqtondakı Bibliya muzeyində qədim Misir mədəniyyətinə aid 5300-dək məmulat aşkar edilib.

Qeyd edək ki, Misir son illərdə antik əşya qaçaqmalçılığına görə cəzaları sərtləşdirib. Ölkədən kənara çıxarılan nümunələr bir qayda olaraq qara arxeologiya nəticəsində əldə edilən əsərlərdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR