Müstəqil Dövlətlər Birliyi (MDB) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında əməkdaşlığın genişləndirilməsi Rusiya üçün əsas prioritetdir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin bildirib. Onun sözlərinə görə, MDB ilə Aİİ arasında əməkdaşlığın genişləndirilməsi regionun xarici çağırışlara davamlılığını artıra bilər.
Mişustin, Rusiyanın 2023-cü ildə Avrasiya İqtisadi İttifaqı orqanlarına sədrlik edəcəyini xatırladıb və məhsuldar birgə fəaliyyətə, xüsusən də Avrasiya inteqrasiyasının inkişafı üçün yeni uzunmüddətli planlaşdırma sənədinin hazırlanmasına görə bütün tərəfdaşlara təşəkkür edib.