Bank Of Baku

Mixeil Saakaşvili cəzaçəkmə müəssisəsinə qaytarılıb

Mixeil Saakaşvili

© APA | Mixeil Saakaşvili

# 30 dekabr 2021 08:35 (UTC +04:00)

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili müalicə aldığı Qori Hərbi Xəstəxanasından 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinə qaytarılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə M. Saakaşvilinin vəkilləri məlumat yayıb. Sabiq Prezidentin vəkili Nika Qvaramia bildirib ki, həbsxana rəhbərliyi köçürülmə faktını təsdiqləyib. Bundan başqa, yeri media M. Saakaşvilinin köçürülməsi ilə əlaqədar 12 saylı Rustavi cəzaçəkmə müəssisəsinin həyətinə su şırnağı maşınının yerləşdirilməsi barədə məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edildikdən sonra 50 günlük aclıq aksiyası keçirən M. Saakaşvili səhhətinin pisləşməsi ilə əlaqədar noyabrın 20-də Qori Hərbi Xəstəxanasına köçürülmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR