Bank Of Baku

MN: Qazaxıstanda NATO-ya aid heç bir yeni mərkəz açılmayıb

MN: Qazaxıstanda NATO-ya aid heç bir yeni mərkəz açılmayıb
# 25 oktyabr 2023 13:44 (UTC +04:00)

Qazaxıstanda NATO-ya aid heç bir yeni mərkəz açılmayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstanda NATO-nun Sülhməramlı Əməliyyatlar Mərkəzinin açılması ilə bağlı yayılan məlumatlarla əlaqədar bildiririk ki, bu ilin 23 oktyabr tarixində ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rozenblumun iştirakı ilə Almatı şəhərində Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalının rəsmi açılışı olub”, - Nazirlikdən bildirilib.

Qeyd olunub ki, mərkəz 2006-cı ildən Qazaxıstan Silahlı Qüvvələrinin sülhməramlı kontingentini təkmilləşdirmək üçün nəzərdə tutulmuş təhsil müəssisəsi kimi fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR