Moldova gələn il 8 fevraldan etibarən MDB Parlamentlərarası Assambleyasının (MDB PA) üzvü olmayacaq.
APA xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Bişkekə səfəri çərçivəsində jurnalistlərə bildirib.
Matvienkonun sözlərinə əsasən, bu, MDB PA-nın fəaliyyətinə heç bir ziyan vurmayacaq, PA işini davam etdirir:
"Bu, əlbəttə ki, Moldova üçün böyük itkidir", - Şura sədri vurğulayıb.