Moldovanın milli ordusu müasir silahlarla təchiz olunmalıdır və neytrallıq demilitarizasiya demək deyil.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Moldova prezidenti Maya Sandu bildirib.
“Neytrallıq demilitarizasiya və ya regionda baş verənlərə biganəlik demək deyil. Özümüzü müdafiə etməli olduğumuz halda ordumuz müasir silahlarla təchiz olunmalıdır”.
2023-cü ildə ölkədə müdafiə büdcəsi iki dəfə artaraq 1,697 milyard ley (87 milyon dollar) təşkil edəcək.