Bank Of Baku

Moldova Rusiya səfirliyinin işçilərinin sayını azaldıb - YENİLƏNİB

Moldova XİN rəhbəri Niku Popesku

© APA | Moldova XİN rəhbəri Niku Popesku

# 26 iyul 2023 17:25 (UTC +04:00)

Moldova XİN-in Rusiyanın bu ölkədəki səfirliyinin işçilərinin sayının ixtisara salınması ilə bağlı qərarından sonra Rusiyanın Kişinyovda çalışacaq diplomatlarının sayı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moldovadakı Rusiya səfirliyində çalışan personalın sayı Moldovanın Rusiyadakı diplomatik missiyasında çalışanların sayına bərabər olacaq. Belə ki, Rusiyanın Kişinyovdakı səfirliyi 10 diplomat və 15 inzibati vəzifədə çalışanlarla məhdudlaşacaq: “Bu qərar davam edən gərginlikdən və qeyri-dost hərəkətlərdən sonra verilib. Onlar ölkəni avqustun 15-dək tərk etməlidir”.

***

11:48

Moldova Rusiya səfirliyinin işçilərinin sayını ixtisar edəcək.

APA Moldova mətbuatına istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında xarici işlər nazir Niku Popesku məlumat verib.

"Uzun illər ərzində Rusiya Federasiyasının kifayət qədər düşmən xarakterli fəaliyyət növlərinin şahidi olmuşuq və onların hədəfinə çevrilmişik. Onların bəziləri Rusiyanın Kişinyovdakı səfirliyi vasitəsilə də həyata keçirilib. Bu günlərdə Rusiya səfirliyində həddindən artıq sayda antenaların olması ilə bağlı məlumatı da gördüm. Moldovanın, eləcə də digər ölkələrin diplomatik missiyaların ölkələr arasında yaxşı münasibətlərin inkişafına diqqət yetirməsi çox vacibdir. Lakin başqa bir ölkənin diplomatik mövcudluğunun böyük bir hissəsi ölkəmizdə sabitliyi pozmaq cəhdlərinə və diplomatik xidmətlərin standart fəaliyyət metodlarına aid olmayan hərəkətlərə yönəldildikdə, biz qurumlarla və siyasi qərarverənlərlə ümumi razılığa gəldik ki, Rusiya Federasiyasının Moldovada akkreditə olunmuş diplomatların sayının məhdudlaşdırılması zəruridir”, Popesku çıxışında deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR