Bank Of Baku

Moldova səfiri Rusiya XİN-ə çağırılıb

Moldova səfiri Rusiya XİN-ə çağırılıb
# 26 iyun 2023 15:33 (UTC +04:00)

Moldovanın Rusiyadakı səfiri Lilian Darius Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, iyunun 22-də Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb kimi Rusiyanın Çonqar körpüsünün atəşə tutulmasına reaksiyası barədə Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Vladimir Saldonun söylədiyi sözlər göstərilib.

Qeyd edək ki, Saldo hadisə barədə demişdi ki, Ukrayna ordusu Xersonla Krım arasında əlaqəni kəsmək üçün körpünü partladıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR