Moldova Prezidenti Maya Sandu Baş nazir postuna Ali Təhlükəsizlik Şurasının katibi və Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Dorin Reçanın namizədliyini irəli sürüb.
APA xəbər verir ki, bu barədə Moldovanın “TV 8” kanalı bildirib.
Qeyd edək ki, bu gün Moldova Baş naziri Natalya Qavrilita istefa verdiyini açıqlayıb.