Moldova hakimiyyəti ukraynalı qaçqınlara yardım kimi 2 milyon ley (113 000 dollar) çox vəsait ayıracaq.
APA xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat verib.
“Qaçqın böhranının idarə olunması ilə bağlı xərcləri ödəmək üçün hökumət fondundan 2 milyon leydən çox vəsait ayrılacaq. Qərar Fövqəladə Hallar Komissiyasının baş nazir Dorin Reçenin sədrliyi ilə keçirilən iclasında qəbul edilib.
Sərhəd polisinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Moldovaya 650 mindən çox ukraynalı qaçqın daxil olub. Onların əksəriyyəti Aİ ölkələrinə gedib, 80 mini Moldovada qalıb, 10 mini sığınacaq istəyib.