Moldova Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin üç əməkdaşını "arzuolunmaz şəxs" elan edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Moldova XİN məlumat yayıb.
Rusiya səfiri Oleq Ozerov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
Onun yerli xüsusi xidmət orqanlarının ittihamları ilə bağlı XİN-ə çağırıldığı bildirilib.
Rusiya XİN Kişinyovun Rusiya səfirliyinin üç əməkdaşını "arzuolunmaz şəxs" elan etmək qərarına Moskvanın cavab verəcəyini bəyan edib.