Moldovada növbədənkənar parlament seçkilərində prezident Maya Sandunun Avropayönümlü “Fəaliyyət və Həmrəylik” partiyası qalib gəlib.
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldova Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Bildirilib ki, artıq protokolların 99,9%-i açılıb və nəticələrə görə “Fəaliyyət və Həmrəylik” partiyası səslərin 52,72%-ni toplayıb, bu isə parlamentdə 101 yer deməkdir.
Nəticələrə əsasən parlamentdə 3 siyasi partiya təmsil olunacaq. Belə ki, “Fəaliyyət və Həmrəylik" partiyasının əsas rəqibi sabiq prezident İqor Dodonun “Sosialistlər və Kommunistlər” bloku səslərin 27,23%-ni, fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunan moldovalı iş adamı Ilan Şorun partiyası isə səslərin 5,77%-ni toplayıb.
Qeyd edək ki, Moldovada növbədənkənar parlament seçkiləri ötən gün keçirilib.