Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Moldova səfirinə Kişinyovun qeyri-dost hərəkətləri ilə bağlı etiraz edilib, Moldova səfirliyinin 1 əməkdaşı "persona non-qrata" elan edilib.
Bundan əlavə, Moskva bir sıra Moldova rəsmilərinin mütəmadi anti-Rusiya bəyanatlarına, eləcə də Kişinyovun sanksiyalar siyahısına qoşulmasına cavab olaraq onların ölkəyə girişinə qadağa qoyub.
***
11:22
Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, diplomat mətbuata heç bir şərh vermədən nazirliyin binasına daxil olub.
Qeyd edək ki, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi Rusiya səfirliyinin əməkdaşını "persona non qrata" elan edib. Bu barədə Nazirliyin sözçüsü mətbuat katibi Filip Kojokaru bildirib.