Moldovanın yeni seçilən Baş Naziri İon Kikunun Rusiyaya səfərinin tarixi bilinib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, İ. Kiku noyabrın 20-də Moskvaya səfər edəcək.
Səfər zamanı İ. Kiku Rusiyanın Baş Naziri Dmitri Medvedevlə görüşəcək.
Daha öncə Moldova Baş Naziri ilk rəsmi səfərini D. Medvedevin dəvəti ilə Rusiyaya edəcəyini bildirib. O qeyd edib ki, iki ölkə arasında müzakirə olunacaq bir sıra məsələlər var.