Moldova bu günə qədər Ukraynadan 250 min nəfər qəbul edib.
APA-nın xəbərinə görə, bunu bu gün Moldova Prezidenti Maya Sandu mətbuat konfransında bildirib.
M. Sandu ukraynalı qaçqınların sayının Moldova əhalisinin 3 faizinə bərabər olduğunu qeyd edib.
***
saat 12.18
Ukraynada müharibə başlayandan bəri Moldovaya keçən ukraynalıların sayı açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku "Twitter"də bildirib.
Nazirin sözlərinə görə, fevralın 24-dən bəri Ukraynadan Moldovaya 201 133 ukraynalı daxil olub: "Ölkəmiz hazırda 96 000-dən çox Ukrayna vətəndaşına, o cümlədən 40 000-ə yaxın azyaşlıya sığınacaq verib. Moldova indiyə qədər adambaşına ən çox qaçqın düşən ölkədir".