Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanları yenidən təyyarələri qəbul edir və yola salır.
APA xəbər verir ki, bunu Flightradar məlumatlarında görmək mümkündür.
İlk yerli reys Soçiyə, beynəlxalq reys isə İstanbul və Antalyaya icra edilib.
***
06.33
Rusiyanın Tver vilayətində Moskva istiqamətinə uçan daha bir PUA vurulub.
APA xəbər verir ki, bu barədə Rusiya MN məlumat yayıb.
Moskvanın aeropportlarında isə 50-dək reys ləngiyir.
***
05.39
Rusiyanın Kaluqa və Moskva vilayətlərində pilotsuz uçuş aparatları məhv edilib.
APA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik hər 2 PUA-nın Ukraynaya mənsub olduğunu bildirib.
Paralel olaraq Domodedovo, Şeremetyevo və Vnukovo hava limanlarına “Xalça” rejimi tətbiq edilib. Bu aeroportlar müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.