Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar 40-dan çox reys gecikib və ya təxirə salınıb.
APA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Yerli vaxtla saat 07:26-ya olan məlumata görə, Vnukovoda 13 reys gecikib, daha yeddi reys təxirə salınıb.
Domodedovoda 12 reys gecikib, ikisi ləğv edilib, Şeremetyevoda yeddi reys gecikib.
Həftənin əvvəlində Moskva hava limanlarında 80-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib.