Bank Of Baku

Moskva aeroportlarında təhlükə ilə əlaqədar uçuşlar dayandırılıb

Moskva aeroportlarında təhlükə ilə əlaqədar uçuşlar dayandırılıb
# 19 dekabr 2023 13:33 (UTC +04:00)

Moskvanın Domodedovo, Jukovski və Vnukovo hava limanlarında “Xalça” planı tətbiq edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə "112" teleqram kanalı öz mənbəsinə istinadən məlumat yayıb.

Bütün təyyarələr Şeremetyevo hava limanına yönləndirilib.

Qeyd edək ki, "Xalça" planı qeyri-qanuni sərhəd keçidləri zamanı və hava məkanında naməlum obyektlər görünəndə elan edilir. Plan bütün mülki təyyarələrin dərhal enişini və ya ərazidən çıxarılmasını nəzərdə tutur. İstisna yalnız xilasetmə və hərbi təyyarələrə aiddir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR