Bank Of Baku

Moskva bəzi Avropa və Baltikyanı ölkələrdəki ABŞ hərbçilərinin çıxarılmasında israrlıdır - YENİLƏNİB

Moskva bəzi Avropa və Baltikyanı ölkələrdəki ABŞ hərbçilərinin çıxarılmasında israrlıdır - YENİLƏNİB
# 17 fevral 2022 18:09 (UTC +04:00)

Moskva Mərkəzi-Şərqi və Cənub-Şərqi Avropa və Baltikyanı ölkələrdə yerləşdirilən bütün ABŞ silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israrlıdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş Amerika tərəfinin təhlükəsizlik zəmanətləri ilə bağlı cavabına yazılı reaksiyada deyilir.

"Biz ABŞ-ın Mərkəzi-Şərqi, Cənub-Şərqi və Baltikyanı ölkələrdə yerləşdirilən bütün silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israr edirik. Əminik ki, bu zonalarda milli potensial kifayət qədərdir. Biz bu mövzunu Rusiya müqavilə layihəsinin 4-cü və 5-ci maddələr əsasında müzakirə etməyə hazırıq”, - deyə sənəddə deyilir.

Bundan başqa Moskva Vaşinqtona birgə yeni “təhlükəsizlik tənliyi”nin işlənib hazırlanmasını təklif edib: "Rusiya strateji məsələlərə inteqrasiyalı yanaşmanın tərəfdarı olmaqda davam edir. Biz yeni "təhlükəsizlik tənliyi"nin birgə işlənib hazırlanmasında iştirak etməyi təklif edirik".

***

18:09

Rusiya XİN ABŞ-ın təhlükəsizlik təminatları ilə bağlı təklifinə mövqeyini açıqlayıb.

APA Rusiya XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, Moskva Vaşinqtonun təkliflərinə 11 səhifəlik cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR