Bank Of Baku

Rusiya BMT Təhlükəsizlik Şurasında islahatları dəstəkləyir

Rusiya BMT Təhlükəsizlik Şurasında islahatları dəstəkləyir
# 27 sentyabr 2019 13:33 (UTC +04:00)

Rusiya BMT Təhlükəsizlik Şurasında islahatları dəstəkləyir.

APA-nın “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin deyib.

“Biz dünyada gedən dəyişiklikləri nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasında islahatları dəstəkləyirik. Lakin islahatlar Təhlükəsizlik Şurasının bütün üzvlərinin razılığı ilə baş tutmalıdır. Dəyişikliklər zamanı Təhlükəsizlik Şurasının fəaliyyət qabiliyyətinin saxlanılması vacibdir”, - deyə o bildirib.

Nazir müavini bununla bağlı məsələnin uzun müddətdir ki, Nyu-Yorkda hökumətlərarası danışıqlarda müzakirə olunduğunu, lakin yekun qərarla bağlı razılığın olmadığını vurğulayıb. O qeyd edib ki, aparılan müzakirələr Təhlükəsizlik Şurasının genişləndirilməsi, daimi üzvlərinin sayı ilə bağlıdır.

Rusiya Xarici İşlər nazirinin müavini ölkəsinin Hindistanın Təhlükəsizlik Şurasının yenilənmiş tərkibində yer tutmasına müsbət yanaşdığını əlavə edib: “Hər dəfə Hindistanın Təhlükəsizlik Şurasına üzv olmaq üçün güclü bir namizəd olduğunu vurğulayırıq. Yeni Dehlinin müstəqil bir xətti var. İnanırıq ki, bu ölkənin Təhlükəsizlik Şurasına üzv olmaq meyarı onun fəaliyyətinə mühüm töhfədir”.

Nazir müavini Moskvanın Asiya, Afrika və Latın Amerikasında inkişaf etməkdə olan ölkələrin Təhlükəsizlik Şurasında təmsilçiliyinin genişləndirilməsinin vacib hesab etdiyini də qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR