Moskva Ermənistanın Aİ-yə inteqrasiyasının onun hava məkanının Rusiya üçün bağlanacağından ehtiyat edir

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk

© APA | Rusiya Baş nazirinin müavini Aleksey Overçuk

# 20 iyun 2025 12:00 (UTC +04:00)

Moskva Ermənistanın Avropaya inteqrasiyasının onun hava məkanının Rusiya üçün bağlanmasına səbəb olacağından ehtiyat edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxış edən Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Qeyd edək ki, Overçuk daha əvvəl Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacağını, iki stulda oturmağın mümkün olmayacağını söyləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR