Bank Of Baku

Moskva hava limanlarında 55-dən çox reys təxirə salınıb

Moskva hava limanlarında 55-dən çox reys təxirə salınıb
# 01 sentyabr 2023 10:16 (UTC +04:00)

Rusiya paytaxtı Moskvanın hava limanlarında 55-dən çox reys təxirə salınıb.

APA xəbər verir ki, Moskva hava limanlarının onlayn tablosunun məlumatlarına əsasən, paytaxtda 58-ə yaxın reys təxirə salınıb.

Bu gün səhərə olan məlumata görə, Şeremetyevo hava limanında 11 reys gecikib, 1 reys təxirə salınıb.

Vnukovo hava limanında 17 reys gecikib.

Domodedovoda isə 26 reys gecikib, 5 reys təxirə salınıb.

Xatırladaq ki, bu gün səhər Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə (HHN) qüvvələri tərəfindən paytaxta pilotsuz uçuş aparatları (PUA) ilə növbəti hücumun qarşısının alınması barədə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR