Bank Of Baku

Moskva-İrəvan təyyarəsində dava düşüb, Samarada enməyə məcbur olub

Moskva-İrəvan təyyarəsində dava düşüb, Samarada enməyə məcbur olub
# 10 iyul 2022 18:03 (UTC +04:00)

Moskva-İrəvan təyyarəsi göyərtəsində dava düşüb. Buna görə, təyyarə Samarada məcburi eniş edib.

APA xəbər verir ki, bu barədə “MVD Media” saytı Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volka istinadən məlumat yayıb.

“Bu gecə Moskvadan İrəvana uçan təyyarənin sərnişinlərindən birinin aqressiv davranışı barədə polis şöbəsinə məlumat daxil olub. Təyyarə komandiri Samarada təcili enişlə bağlı qərar qəbul edib”, deyə İrina Volka bildirib.

Polis Samarada təcili eniş zamanı dava edən şəxsi həbs edib və barəsində inzibati protokollar tərtib olunub.

.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR