Bank Of Baku

“Moskva” kreyserinin heyəti donanmada xidmətini davam etdirəcək

“Moskva” kreyserinin heyəti  donanmada xidmətini davam etdirəcək
# 16 aprel 2022 22:08 (UTC +04:00)

Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı admiral Nikolay Yevmenov “Moskva” kreyserinin heyəti ilə görüşüb.

APA-nın Rusiya bürosunun Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, komandan kreyserin zabitlərinin, miçmanlarının və matroslarının hərbi həniz donanmasında xidmətini davam etdirəcəklərini bildirib.

“Dəniz donanmasının baş komandanı admiral Nikolay Yevmenov və Qara Dəniz Donanmasının komandanlığı Sevastopol şəhərində “Moskva” raket kreyserinin heyəti ilə görüş keçirib. Yevmenov zabitlərin, miçmanların və matrosların Hərbi Dəniz Donanmasında xidmətini davam etdirəcəkləri kreyserin ekipajının şəxsi heyətinə çatdırıb”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Yevmenov əlavə edib ki, "Moskva" kreyserinin müddətli heyəti qanuna müvafiq olaraq may-iyun aylarında tərxis olunacaq: “Şəxsi heyət qanunvericiliyə uyğun olaraq may ayından iyun ayına kimi tərxis olunaraq hərbi qeydiyyata göndəriləcək”.

Görüşdə HDQ-nin komandanı əmin edib ki, Rusiya donanmasında hər zaman olduğu kimi “Moskva” raket kreyserinin ənənələri qorunacaq və davam etdiriləcək.

Qeyd edək ki, aprelin 14-də Ukrayna tərəfi “Neptun” gəmi əleyhinə raketlərinin Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurduğunu və 2 raket hədəfə dəydiyini bildirib.

Aprelin 15-də Rusiya MN bildirib ki, "Moskva kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatların partlaması nəticəsində baş verən yanğından gövdəyə ziyan dəydiyi üçün gəmi dayanıqlığını itirib. Fırtınalı dəniz şəraitində gəmi batıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR