Moskva Şəhər Məhkəməsində paytaxt prokurorluğunun “Memorial” insan hüquqlarının müdafiə mərkəzinin ləğvi barədə iddiasına baxılıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, məhkəmə prokurorluğun iddiasını təmin edərək “Memorial”ın ləğvi barədə qərar qəbul edib.
Hakim qərarın yalnız giriş və qərar hissələrini elan edib, motivləri hələlik məlum deyil. Prokurorluğun iddiasına görə, “Memorial” və onun rəhbərliyi öz saytlarında və sosial şəbəkələrdə xarici agent kimi qeyd olunmadıqlarına görə dəfələrlə cərimələnib. “Memorial” isə bütün cərimələrin ödənildiyini vurğulayıb.
Qeyd edək ki, “Memorial” insan hüquqlarının müdafiə mərkəzi Rusiya Federasiyasında xarici agent kimi tanınır.