Moskva məscidlərində Qurban bayramı namazında 200 minə yaxın müsəlman iştirak edib

Moskva məscidlərində Qurban bayramı namazında 200 minə yaxın müsəlman iştirak edib
# 16 iyun 2024 11:51 (UTC +04:00)

Moskva məscidlərində və xüsusi ayrılmış yerlərdə Qurban bayramı münasibətilə keçirilən namazda 200 minə yaxın müsəlman iştirak edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu, 2023-cü ilin göstəricilərindən bir qədər azdır.

Moskva hökumətinin qiymətləndirməsinə görə, Moskva Cümə Məscidində 80 min, bütün Moskva üzə isə 200 min nəfər bayram namazında iştirak edib

Rusiya Müsəlmanları Ruhani İdarəsinin məlumatına görə, 2023-cü ildə Qurban bayramında 250 minə yaxın müsəlman paytaxt məscidlərini ziyarət edib, xüsusən də Moskva Cümə məscidində və ətraf ərazilərdə 105 min insan namaz qılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR