Moskva Rusiya-Ermənistan münasibətlərinə dair ekstremist bəyanatlara reaksiya verməməyə çağırır

Moskva Rusiya-Ermənistan münasibətlərinə dair ekstremist bəyanatlara reaksiya verməməyə çağırır
# 27 sentyabr 2023 14:37 (UTC +04:00)

Moskva Rusiya ilə Ermənistan arasında münasibətlərə dair ekstremist bəyanatlara reaksiya verməməyə çağırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib. Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında münasibətlərə dair ekstremist bəyanatlara reaksiya verməyə dəyməz.

“İndi müxtəlif xarakterli ekstremist bəyanatlar verən, bizim münasibətlərimizi şübhə altına alanlara fikir verməyin, bunların hamısı keçəcək. Biz bunu digər dövlətlərin nümunəsinə görmüşük. Biz Ermənistanda bu cür əhval ruhiyyəni qızışdıranların arxasında duranların kim olduğunu bilirik. İnanın mənə erməni xalqı Rusiyadan həmişə köməyin gəldiyini, kimin düşmən, kimin dost olduğunu bilir”, - Zaxarova bildirib.

Rusiya XİN sözçüsü qeyd edib ki, Ermənistanda media məkanının informasiya emalına böyük vəsait ayrılıb və bu fəaliyyətlə ABŞ-ın İrəvandakı səfirliyinin əməkdaşları məşğul olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR