Bank Of Baku

Moskva sakini Ukrayna musiqisinə qulaq asdığına görə 15 sutka həbs olunub

Moskva sakini Ukrayna musiqisinə qulaq asdığına görə 15 sutka həbs olunub
# 13 oktyabr 2022 14:20 (UTC +04:00)

Moskva sakini Ukrayna musiqisinə qulaq asdığına görə 15 sutka həbs olunub.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən verdiyi məlumata görə, Moskvanın Tverskoy Rayon Məhkəməsi paytaxt sakini Anton Usovu Ukrayna musiqisini dinlədiyinə görə 15 sutka həbs və 50 min rubl məbləğində cərimələyib.

Usov məhkəmədə polis əməkdaşına tabe olmamaqda (İnzibati Xətalar Məcəlləsinin 19.3-cü maddəsi) və Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda (İnzibati Xətalar Məcəlləsinin 20.3.3-cü maddəsi) təqsirli bilinib.

Usovun həyat yoldaşının OVD-İnfo (Rusiyada xarici agent kimi tanınır) insan hüquqları layihəsinə verdiyi məlumata görə, o, oktyabrın 12-də günortadan sonra yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Həyat yoldaşının bildirdiyinə görə, buna səbəb Usovun avtomobildə olarkən Ukrayna musiqisinə qulaq asması olub.

Məhkəmədə Usovun Ukrayna musiqisinə qulaq asdığına görə saxlanıldığını təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR