Bank Of Baku

Moskva və Vaşinqton Yaxın Şərqdəki vəziyyətlə bağlı təmasda deyil

Moskva və Vaşinqton Yaxın Şərqdəki vəziyyətlə bağlı təmasda deyil
# 10 oktyabr 2023 11:33 (UTC +04:00)

Moskva və Vaşinqton Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə bağlı təmas saxlamır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Xeyr, biz təmas saxlamırıq”-deyə rusiyalı nazir müavini vurğulayıb.

Qeyd edək ki, oktyabrın 7-də Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. Fələstin silahlıları Qəzzadan yük maşınları və paraplanlarla İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail “Dəmir Qılınclar” əməliyyatına başladığını elan edib. İsrail hakimiyyəti ölkənin müharibə vəziyyətində olduğunu rəsmən bəyan edib.

İsrail indiyə kimi 900 əsgər və mülki şəxsin, Fələstin rəsmiləri isə Qəzza zolağında və İordan çayının qərb sahilində 700 nəfərin öldüyünü açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR