Bank Of Baku

Moskva vilayətində -20 dərəcə şaxtada 57 bina istiliksiz qalıb

Moskva vilayətində -20 dərəcə şaxtada 57 bina istiliksiz qalıb
# 09 yanvar 2024 14:54 (UTC +04:00)

Moskva vilayətində 57 çoxmərtəbəli bina istiliksiz qalıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, indiyə kimi 116 çoxmənzilli binada mərkəzi istilik sistemi bərpa olunub.

Qeyd edək ki, Moskva vilayətinin Podolsk, Klimovsk və Dmitrov şəhərlərində mərkəzi istilik sisteminin işində nasazlıq yaranıb. Nəticədə minlərlə insan -20 dərəcədən aşağı olan şaxtalı havada işıqsız, susuz və istiliksiz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR