Moskva vilayətinin Yurtsovo kəndində mənzildə baş verən yanğında 3 uşaq ölüb, 5-i uşaq olmaqla daha 7 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti “Telegram”da məlumat yayıb.
“Təəssüf ki, üç uşaq ölüb. Hazırda xəstəxanada yeddi nəfər var, onlardan beşi uşaqdır. Eyni ailənin bütün üzvləri”, - məlumatda deyilir.