Moskva vilayətində miqrantlara 2025-ci il 1 yanvar tarixindən alkoqol və tütün ticarəti, küçə yeməkləri, sosial xidmətlər, idman, mədəniyyət, istirahət, səhiyyə və təhsil sahələrində işləmək qadağan ediləcək.
APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva vilayətinin hökuməti qadağanın ticarətdə münaqişələrin və əcnəbi işçi qüvvəsi ilə bağlı şikayətləri azaltmağa kömək edəcəyi bildirib.
Qeyd olunub ki, qadağaya məruz qalan ərazilərdə boş qalan iş yerləri Rusiya vətəndaşları və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin vətəndaşları tərəfindən tutulacaq.