Moskva vilayətində “Ozon” şirkətinin anbarında yanğın söndürülüb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğın 500 kv.m sahəni əhatə edib.
Yerli vaxtla saat 16.40 radələrində yanğın söndürülüb.
***
saat 12.29
Moskva vilayətində “Ozon” şirkətinin anbarında yanğın başlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yanğın yerli vaxtla saat 08.39 radələrində altı mərtəbəli binada başlayıb.
Yanğının söndürülməsinə 91 yanğınsöndürən, 34 ədəd texnika, o cümlədən vertolyot cəlb olunub.
Şirkət əməkdaşları binadan evakuasiya edilib. Hazırda yanğın 375 kv.m sahəni əhatə edir, şirkətin anbarında qutularda olan məhsullar yanır.