Bank Of Baku

Moskva vilayətində qaz stansiyasının yaxınlığına PUA düşüb

Moskva vilayətində qaz stansiyasının yaxınlığına PUA düşüb
# 28 fevral 2023 16:01 (UTC +04:00)

Moskva vilayətində qaz stansiyasının yaxınlığına Pilotsuz Uçuş Aparatı (PUA) düşüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, dron Kolomna rayonunda yerləşən qaz stansiyasına düşüb

Qəza nəticəsində partlayışın baş vermədiyi bildirilib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Kolomna yaxınlığında məqsədi infrastruktur obyekti olan PUA-nın düşdüyünü təsdiqləyib.

“Bu, Qubastovo kəndi yaxınlığında baş verib, ehtimal ki, hədəf mülki infrastruktur obyekti olub, mülki infrastruktur zədələnməyib. Tələfat və dağıntı yoxdur”, - deyə qubernator bildirib

“Mash” Teleqram kanalı PUA-nın Moskva vilayətinin Kolomna rayonundakı Voskresensk qaz-kompressor stansiyasından 100 metr kənara düşdüyünü yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR