Bank Of Baku

Moskva vilayətində "Stroypark" ticarət mərkəzində yanğın olub

Moskva vilayətində "Stroypark" ticarət mərkəzində yanğın olub
# 12 dekabr 2022 10:59 (UTC +04:00)

Moskva vilayətinin Balaşixa şəhərində "Stroypark" ticarət mərkəzində yanğın baş verib.

APA-nın Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanğın yerli vaxtla saat 08:33-də Balaşixa şəhərinin Savvino mikrorayonu, Priqorodnaya küçəsi 92 ünvanında qeydə alınıb.

“Stroypark” ticarət mərkəzinin yaxınlığındakı açıq sahədə 200 kv.m sahədə tikinti materialları yanıb. Yanğın ticarət mərkəzinin birinci mərtəbəsini də əhatə edib.

Hazırda hadisə yerində yanğınsöndürən və xilasedicilər işləyir. Yanğın zamanı bir nəfərin xəsarət aldığı bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR