Bank Of Baku

Moskva vilayətindəki partlayışda 1 nəfər ölüb, 56 nəfər xəsarət alıb - YENİLƏNİB-4 - VİDEO

Moskva vilayətindəki partlayışda 1 nəfər ölüb, 56 nəfər xəsarət alıb - YENİLƏNİB-4  - VİDEO
# 09 avqust 2023 18:25 (UTC +04:00)

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində tibbi yardım üçün müraciət edənlərin sayı 56 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov özünün "Telegram" kanalında məlumat verib.

"İzvestiya" nəşri isə mənbəyə istinadən xəbər verib ki, hadisə nəticəsində xəsarət alan qadın xəstəxanada ölüb.

***

15:49

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində tibbi yardım üçün müraciət edənlərin sayı 52 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat verib.

***

13:47

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 35 nəfərə çatıb.

APA xəbər verir ki, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

***

13:09

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 25 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Onlardan ikisi xəstəxanaya yerləşdirilib.

***

12:37

Moskva vilayətinin Serqiyev Posad şəhərindəki zavodda baş verən partlayış nəticəsində yaralananların sayı arıtb.

APA TASS-a istinadən xəbər verir ki, xəsarət alanların sayı 16 nəfərə çatıb.

İlkin ehtimala görə, partlayış pirotexnik məhsulların yığıldığı anbarda baş verib.

***

12:11

Moskva vilayətinin Serqiyev Posad şəhərində partlayış olub.

APA TASS-a istinadən xəbər verir ki, zavodlardan birinin ərazisində baş verib.

Partlayış nəticəsində 11 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda zavod və ərazisində təxliyə işləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR