Bank Of Baku

Moskvada 3-cü mərtəbədən yıxılan 5 yaşlı uşaq sağ qalıb

Moskvada 3-cü mərtəbədən yıxılan 5 yaşlı uşaq sağ qalıb
# 15 dekabr 2021 07:20 (UTC +04:00)

Moskvanın Vostoçnoye Biryulyovo rayonunda 5 yaşlı uşaq yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb.

APA xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun “Telegram” kanalında məlumat verilib.

“Beş yaşlı uşaq Donbasskaya küçəsində yerləşən yaşayış binasının üçüncü mərtəbəsinin pəncərəsindən yıxılıb. Uşaq xəstəxanaya yerləşdirilib, ona lazımi tibbi yardım göstərilir”, məlumatda deyilir.

İlkin məlumata görə, mənzildə hadisə zamanı üç otaqlı mənzildə 6 azyaşlı və bir böyük şəxs olub.

Moskva prokurorluğu tərəfindən araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR