Bank Of Baku

Moskvada ABŞ vətəndaşı həbs edilib

Moskvada ABŞ vətəndaşı həbs edilib
# 09 yanvar 2024 12:01 (UTC +04:00)

Rusiyada ABŞ vətəndaşı həbs edilib.

APA-nın Rusiya müxbiri xəbər verir ki, Moskvanın Ostankino Rayon Məhkəməsi istintaqın tələbi ilə ABŞ vətəndaşı Robert Vudlandı həbs edib. O, külli miqdarda narkotik vasitələrin qanunsuz istehsalına, satışına və ötürülməsinə cəhddə ittiham olunur.

Amerikalı yanvarın 5-də saxlanılıb və həmin gün ona qarşı ittiham irəli sürülüb. Müdafiə tərəfi həbsə etiraz edib və Vudlandın işdə həqiqətin üzə çıxarılmasına töhfə verdiyini və gizlətmək niyyətində olmadığını iddia edərək, ev dustaqlığı tədbirinin seçilməsində israr edib. Məhkəmə istintaqın və prokurorluğun xahişini yerinə yetirərək təqsirləndirilən şəxsi martın 5-dək həbs edib.

Təqsiri sübuta yetiriləcəyi təqdirdə ABŞ vətəndaşını 10 ildən 20 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR