Bank Of Baku

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb
# 08 iyun 2025 22:32 (UTC +04:00)

Moskvanın Permskaya küçəsində yerləşən anbar kompleksində yanğın baş verib.

APA "TASS" agetliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın artıq söndürülüb.

Qeyd olunub ki, binanın üst mərtəbələrindən ümumilikdə 33 nəfər təxliyə olunub.

30 kvadratmetr sahəni əhatə edən yanğının söndürülməsinə 20-dən çox mütəxəssis və 7 texnika cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR