Bank Of Baku

Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb - YENİLƏNİB

Moskvada avtomobili insan izdihamının üstünə sürən şəxs saxlanılıb - YENİLƏNİB
# 12 iyul 2025 01:35 (UTC +04:00)

Moskva polisi Berejkovskaya sahilində avtomobili piyadaların üstünə sürən sürücünü və avtomobildəki digər şəxsləri saxlayıb.

APA xəbər verir ki, bu haqda Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Moskva polisi əməliyyat-istintaq tədbirləri zamanı Berejkovskaya sahilində sürücüsü piyadaları vuran avtomobilin yerini müəyyən edib. Qəza zamanı avtomobildə olan şəxslər müəyyən edilərək saxlanılıb. Onlar Daxili İşlər Nazirliyinin ərazi bölməsinə aparılıb", - məlumatda deyilir.

Səhiyyə Departamentindən verilən məlumata görə, Berejkovskaya sahilində vurulan iki nəfərin vəziyyəti ağır, qalanların, o cümlədən uşaqların vəziyyəti orta ağırdır.

***

00:15

Rusiyanın paytaxtı Moskvada avtomobil insan izdihamına çırpılıb.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Berejkovskaya sahil yolunda baş verib

Məlumata görə, azı 6 nəfər xəsarət alıb, onlardan ikisi 8 və 10 yaşlı uşaqdır.

Zərərçəkənlərdən biri xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs qəza yerindən qaçıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR