Bank Of Baku

Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb

Moskvada dron hücumu ilə əlaqədar GPS söndürülüb
# 30 may 2023 09:22 (UTC +04:00)

Moskvada peyk naviqasiya siqnalları söndürülüb.

APA-nın Moskva müxbiri xəbər verir ki, dron hücumu ilə əlaqədar naviqasiya siqnallarının söndürüldüyü bildirilib.

Sürücülər GPS-in fəaliyyətində yaranan kəsintilərdən şikayətlənirlər.

Moskvada polis dron hücumu ilə əlaqədar "Tayfun" planı elan edib. Bu, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən personalın toplanması deməkdir.

Rusiya paytaxtının nəqliyyat departamenti isə Moskvanın cənub-qərbində Udaltsova küçəsi ilə Leninski prospektindən Mixail Pevtsov küçəsinə kimi nəqliyyatın hərəkətinin dayandırıldığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR