Bank Of Baku

Moskvada güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötüb - FOTO

Moskvada güclü çovğun müşahidə olunur, qarın hündürlüyü 30 sm-i ötüb - FOTO
# 11 yanvar 2024 13:38 (UTC +04:00)

Rusiya paytaxtında qar örtüyünün hündürlüyü iqlim normasını keçib.

APA-nın Moskva müxbiri xəbər verir ki, dünən gecədən fasiləsiz yağan qarın hündürlüyü 30 sm-i ötüb.

Sinoptiklər bunun dekabrın ilk iki ongünlüyündə olduğu kimi iqlim normasını keçdiyini, normadan 20% çox olduğunu bildiriblər.

Hal-hazırda Moskvada güclü qar çovğunu müşahidə olunur. Leninqrad prospekti, Entuziastov şossesi və Moskva Dairəvi yolunda nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Qarın sabaha qədər dayanmayacağı bildirilib. Moskvalılara ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR